Təmir üçün tələb olunan məbləğ fərqli ola bilər. Ümumi qiymətə görüləcək işin mürəkkəblik dərəcəsi, tələb olunan detalların istehsalçısının seçilməsi, müştərinin texnikanın zahiri görünüşünü dəyişmək istəyi və başqa amillər təsir edir. Müştərilərimiz təkcə texnikanın iş qabiliyyətinin bərpa edilməsini yox, həm də onun zahirən təzələnməsini də istəyə bilərlər. Biz, müştərimizin nəzərdə tutduğu məbləğə əsaslanaraq, onun bütün istəklərini yerinə yetirməyə çalışırıq.
Bəli. Təmir bitdikdən sonra müştəriyə 1 il müddətinədək zəmanət talonu təqdim edilir.
Siz istənilən anda təmirdən imtina edə bilərsiniz və bu halda yalnız 10-20 AZN həcimində diaqnostika xərci ödəməlisiniz. Belə olan halda siz diaqnostikadan sonra istifadə etdiyiniz məişət texnikasının hansı detalının sıradan çıxdığını 100% dəqiqliklə biləcəksiniz. Əgər siz məişət texnikasının təmiri üçün bizim xidmətlərimizdən istifadə etmək istəməsiniz, başqa peşəkarlara mürəciət etməyinizi tövsiyə edirik, qeyri-peşəkar müdaxilə texnikanın sahibinə əvvəlkindən xeyli baha başa gələ bilər.
Menecerimiz sizinlə əlaqə saxlayacaq və sizə daha rahat olan vaxtı və ünvanınızı dəqiqləşdirəcək. Təyin olunmuş vaxtda usta göstərdiyiniz ünvana gələcək.
Diaqnostikanın qiyməti avadanlığın növündən və müştərinin ünvanından asılı olaraq, 10-20 AZN arasında dəyişə bilər. Təmir xidmətlərimizdən istifadə edən müştərilər üçün diaqnostika ödənişsiz aparılır! Diaqnostika xüsusi avadanlığın köməyi ilə ixtisaslı ustalar tərəfindən aparılır.
Təmir müştərinin müraciət etdiyi gün aparılır. Texnikanın mürəkkəb təmir tələb etdiyi hallarda isə bu müddət 1-2 iş günü ola bilər.
Gələ bilər. Sifarişə dərhal reaksiya verməyimiz şirkətimizin üstünlüklərindən biridir. Müraciətin qəbul olunduğu gün usta şəhərin istənilən nöqtəsinə gəlir. Sifarişlərə nöbə olmadıqda çağırışa reaksiya müddəti 1 saatdan çox olmur.
Diaqnostika aparıldıqdan sonra usta nasazlığın səbəbini müəyyənləşdirir, görülməli iş və tələb olunan detallarla bağlı sifarişçini məlumatlandırır. Sonda görüləcək iş və dəyişdirələcək detalların dəyəri prays-list üzrə cəmlənir. Usta sizə tələb olunan məbləği deyir və yalnız bundan sonra təmirə başlayır.
Əlbəttə. Müştəri ehtiyat hissələrini müstəqil şəkildə əldə edə bilər, lakin bu halda biz təminət öhdəliklərimizdən imtina edirik. Təminat verərkən biz həm görülmüş işə, həm də istifadə etdiyimiz ehtiyat hissələrinə görə məsuliyyət daşıyırıq. Fəaliyyət göstərdiyimiz müddət ərzində biz ən etibarlı tədarükçülərimizi müəəyyən etmişik. Biz onların təqdim etdiyi məhsulunun keyfiyyətinə əminik. Əhəmiyyətli olanı həm də odur ki, tədarükçülərimiz ehtiyat hissələrinə topdansatış endirimləri tətbiq edirlər ki, bu da müştərilərimizi ehtiyat hissələrinə görə artıq məbləğ ödəmək zərurətindən azad edir, təmirin ümumi qiymətini hiss olunacaq dərəcədə aşağı salır. Bu səbəbdən də biz ancaq sınanmış tədarükçülərlə işləyirik.
Olar. Biz həm dövlət qurumlarının, həm də özəl şirkətlərin sifarişlərini icra edirik.