İş saatları: 8 : 00 - 22 : 00 (hər gün) | Email: info@ustam.az

KOMBİ TƏMİRİ

Kombi
nasaz işləyir?
Kombi
nasaz işləyir?

Kombi sistemlərin quraşdırılması və təmiri,
xəttlərin və radiatorların
yuyulması

USTAM - sizin
mükəmməl ustanız!
Kombi servis

USTAM şirkəti Bosch, Ariston, ECA, Immergas, Baymak, Airfel, Beko, Siemens, Ferolli, Vaillant, Baykan, Arçelik, Vestel, Protherm, Viessmann, Baxi, Alarko, Termet, Electrolux, Franke, Termodinamik, Unical, Auer, Nobella, Emko, Buderus, Novahot, Robello, Beretta, Hermann və digər istehsalçıların kombilərin təmiri üzrə yüksək keyfiyyətli xidmət göstərir.

İşində təcrübəli və uzun illər bu sahədə bilgilər qazanmış ustalarımızla birlikdə göstərdiyimiz kombilərin quraşdırılması və təmiri xidmətlərimiz müştəri təhlükəsizliyi prinsipinə əsaslanır. Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur. Xidmət həm evdə həm də servisdə həyata keçirilə bilər. Təmir etdiyimiz bütün kombilərə zəmanət verilir.

Təcili cağırışlara hazırıq
Böyük təcrübə
Pəşəkar
usta xidməti
Kombi təmiri

Kombi təmiri xidməti Bakı, Bakı ətraf kəndlərdə, Xırdalan və Sumqayıt şəhərlərdə göstərilir. Kombi problemi ilə bağlı müştərilərimiz elektron müraciət vasitəsilə və ya birbaşa telefon nömrələrimizə zəng etməklə, şirkətimizə müraciət edə bilərlər.

USTAM şirkəti geniş xidmət sahəsinə malikdir. Servisə müraciət etdiyiniz zaman 24 saat ərzində sizə santexnika təmiri, televizor təmiri, paltaryuyan maşın təmiri, soyuducu təmiri, kondisioner təmiri, kombi təmiri, qabyuyan maşın təmiri, mikrodalğalı soba təmiri, soba təmiri, su sızma təyini və təmiri, elektrika təmiri və s. kimi problemləri həll etməyinizdə yardımçı ola bilərik. Təmir işləri şirkətimizin peşəkar ustalar tərəfindən aparılır.

Orijinal ehtiyat hissələri
Bütün növ təmirlərə zəmanət

İşlərimiz

Partnyorlarımız

Çox verilən suallar

Təmir müştəriyə hansı qiymətə başa gələcək?

Təmir üçün tələb olunan məbləğ fərqli ola bilər. Ümumi qiymətə görüləcək işin mürəkkəblik dərəcəsi, tələb olunan detalların istehsalçısının seçilməsi, müştərinin texnikanın zahiri görünüşünü dəyişmək istəyi və başqa amillər təsir edir. Müştərilərimiz təkcə texnikanın iş qabiliyyətinin bərpa edilməsini yox,  həm də onun zahirən təzələnməsini də istəyə bilərlər. Biz, müştərimizin nəzərdə tutduğu məbləğə əsaslanaraq, onun bütün istəklərini yerinə yetirməyə çalışırıq.

Siz təmir xidmətlərinizə zəmanət verirsinizmi?

Bəli. Təmir bitdikdən sonra müştəriyə 1 il müddətinədək zəmanət talonu təqdim edilir.

Diaqnostikadan sonra təmirin qiyməti məni qane etməsə necə olur?

Siz istənilən anda təmirdən imtina edə bilərsiniz və bu halda yalnız 10-20 AZN həcimində diaqnostika xərci ödəməlisiniz. Belə olan halda siz diaqnostikadan sonra istifadə etdiyiniz məişət texnikasının hansı detalının sıradan çıxdığını 100% dəqiqliklə biləcəksiniz. Əgər siz məişət texnikasının təmiri üçün bizim xidmətlərimizdən istifadə etmək istəməsiniz, başqa peşəkarlara mürəciət etməyinizi tövsiyə edirik, qeyri-peşəkar müdaxilə texnikanın sahibinə əvvəlkindən xeyli baha başa gələ bilər.

Ustanız hansı müddətdən sonra çağırışıma gələ bilər?

Menecerimiz sizinlə əlaqə saxlayacaq və sizə daha rahat olan vaxtı və ünvanınızı dəqiqləşdirəcək. Təyin olunmuş vaxtda usta göstərdiyiniz ünvana gələcək.

Diaqnostika üçün tələb olunan məbləğ nə qədərdir?

Diaqnostikanın qiyməti avadanlığın növündən və müştərinin ünvanından asılı olaraq, 10-20 AZN arasında dəyişə bilər. Təmir xidmətlərimizdən istifadə edən müştərilər üçün diaqnostika ödənişsiz aparılır! Diaqnostika xüsusi avadanlığın köməyi ilə ixtisaslı ustalar tərəfindən aparılır.

Təmirə nə qədər vaxt tələb olunur?

Təmir müştərinin müraciət etdiyi gün aparılır. Texnikanın mürəkkəb təmir tələb etdiyi hallarda isə bu müddət 1-2 iş günü ola bilər.

Usta evimə gələ bilərmi?

Gələ bilər. Sifarişə dərhal reaksiya verməyimiz şirkətimizin üstünlüklərindən biridir. Müraciətin qəbul olunduğu gün usta şəhərin istənilən nöqtəsinə gəlir. Sifarişlərə nöbə olmadıqda çağırışa reaksiya müddəti 1 saatdan çox olmur.

Təmir xərci necə hesablanır?

Diaqnostika aparıldıqdan sonra usta nasazlığın səbəbini müəyyənləşdirir, görülməli iş və tələb olunan detallarla bağlı sifarişçini məlumatlandırır. Sonda   görüləcək iş və dəyişdirələcək detalların dəyəri prays-list üzrə cəmlənir. Usta sizə tələb olunan məbləği deyir və yalnız bundan sonra təmirə başlayır.

Təmir üçün tələb olunan ehtiyat hissələrini müştəri özü alıb gətirə bilərmi?

Əlbəttə. Müştəri ehtiyat hissələrini müstəqil şəkildə əldə edə bilər, lakin bu halda biz təminət öhdəliklərimizdən imtina edirik. Təminat verərkən biz həm görülmüş işə, həm də istifadə etdiyimiz ehtiyat hissələrinə görə məsuliyyət daşıyırıq. Fəaliyyət göstərdiyimiz müddət ərzində biz ən etibarlı tədarükçülərimizi müəəyyən etmişik. Biz onların təqdim etdiyi məhsulunun keyfiyyətinə əminik. Əhəmiyyətli olanı həm də odur ki, tədarükçülərimiz ehtiyat hissələrinə topdansatış endirimləri tətbiq edirlər ki, bu da müştərilərimizi ehtiyat hissələrinə görə artıq məbləğ ödəmək zərurətindən azad edir, təmirin ümumi qiymətini hiss olunacaq dərəcədə aşağı salır. Bu səbəbdən də biz ancaq sınanmış tədarükçülərlə işləyirik.

Ödənişi şirkətin hesabından etmək olarmı?

Olar. Biz həm dövlət qurumlarının, həm də özəl şirkətlərin sifarişlərini icra edirik.

Bizimlə əlaqə

Zəng sifariş edin

    Bizimlə əlaqə
    Ünvan:
    H. Zərdabi 78V, Bakı, Azərbaycan
    Email :